9 Şubat 2016 Salı
Gənclərdə WPW-sindromu
Uşaqlarda yuxu problemləri
Uşaqlarda yuxu problemləri
Həyatın ilk illərində uşaqlarda yuxu problemləri çox sıx görülür. Yuxuya getməkdə çətinlik, gecə yarısı oyanma, kabuslar sıx rast gəlinən problemlərdir. Daha böyük uşaqlarda yatağını islatma da problem ola bilər. Uşaqlarin ehtiyac duyduqları yuxu müddəti və yuxuya getmə müddətində fərqlilik görünə bilər. Nə qədər tez oyanıb nə qədər tez yuxuya dalacağı hər bir uşaq üçün fərqli ola bilər. Valideynlərin ən mühüm vəzifəsi uşaqlarına erkən yaşda normal bir yuxu vərdişi qazandırmaq olmalıdır. Yuxu problemlərinin həll edilə bilən problemlər olduğu unudulmamalıdır. |
Qısa vaxt ərzində hamilə qalmaq istəyirsinizsə?!
Qısa vaxt ərzində hamilə qalmaq istəyirsinizsə?!
| Stresə düşməyin. Hamilə qala bilməyəcəm qorxusuna qapılmayın. Aybaşı düzəninizə nəzarət edin, hamilə qalma ehtimalı çox olan bəlli günlərdə cinsi əlaqəyə girməyə diqqət edin. Yoldaşınızın siqaret və alkoqoldan uzaq durmasına və həyatını nizamlamasına kömək edin. Yoldaşınızın dar şalvar və dar alt paltarı geyinməsinə əngəl olun. Sauna və isti hamamlardan uzaq qalmasını tövsiyə edin. |
Hamiləlikdən öncə nə etməli?
Hamiləlikdən öncə
| İlk əvvəl ginekoloji müayinə olun pap smear testi aldırın. Hamiləlik öncəsi qan analizlərini verin. Günlük 400 mcg fol turşusuna başlayın. Hamilə qalma ehtimalının daha yüksək olduğu günlərdə (aybaşının ilk günündən sayanda 12-14-16-cı günler) cinsi əlaqəyə girməyə çalışın. Cinsi əlaqədən sonra 1 saat çarpayıdan qalxmayın və belinizin altına bir yastıq qoyun. Siqaret çəkirsinizsə dayandırmalısınız. Gündə 10 dənədən artıq çəkilən siqaretin hamilə qalma ehtimalını ciddi şəkildə azaltdığı iddia edilir. |
Pap smear testi
Pap smear testi
Uşaqlıq boynu xərçənginin erkən təsbiti üçün aparılan bir testdir. Uşaqlıq boynu xərçəngi və xərçəngönü dəyişiklikləri aşkar etmək üçün faydalıdır. Xərçəngönü hüceyrələr uşaqlıq boynunun tam səthində yerləşdiyi üçün müayinə sırasında asanlıqla alınır və mikroskopla baxılaraq təyin olunur . pap smear testleri mütəmadi aparılan ölkələrdə uşaqlıq boynu xərçəngindən ölənlərin sayında xeyli azalma olmuşdur. |
HPV infeksiyası nədir?
HPV infeksiyası nədir?
"Genital" kondilomalar və ya HPV virusu infeksiyası həm qadında həm də kişidə daha çox tənasül bölgədə , anus ətrafında və nadirən ağızda əmələ gələn virus mənşəli xəstəlikdir. Bu kondilomalar human papilloma virusu infeksiyası nəticəsində əmələ gələn gül kələmi görüntüsünə malik bəzən tək, bəzən çoxlu sayda, bəzən çox kiçik, bəzən 4 sm-ə çatan ölçülərdə ağrısız kütlələrdir. Lakin arada qaşınma və göynəmə hissi ola bilər. |
Ağız gigiyenası
Ağız gigiyenası
1. Diş çürüməsi bir neçə ay sürən prosses olduğu üçün, diş həkiminə getmək üçün dişlərin ağrımasını gözləməyin. İldə iki dəfə heç bir şikayət olmasa belə diş həkimi müayinəsində olmaq lazımdır. 2. Uşaqlıq dövründəki qidalanma keyfiyyəti dişlərin sağlamlığında böyük rol oynayır. Kalsium, fosfor, flüor mineralları yetəri miqdarda qəbul edilməlidir. Dişəti və diş sağlamlığı üçün vacib olan C,A və D vitamini azlığı olmamalıdır. Süd, süd məhsulları və təzə meyvələr xüsusilə yararlıdır. |
Dişləri təmizləmə qaydaları
Dişləri təmizləmə qaydaları.
Dişləri yumaq və təmizləmək üçün diş fırçaları, pastaları, tozları və flosslarından ( diş saplarından) istifadə olunur.Təravətləndirici kimi isə muxtəlif növ eleksirlərdən və saqqızlardan istifadə oluna bilər.
Diş fırçaları liflərinin mənşəyinə gorə iki cür olur: 1.Təbii lifli diş fırçaları 2. Süni lifli diş fırçaları Təbii lifli diş fırçaları əsasən donuz və dələ tükündən hazırlanır. |
Kaydol:
Kayıtlar (Atom)